satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"da yazıb.

O bildirib ki, saxlanılan şəxslərdən 43-ü həbs edilib, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şəxslərlə bağlı prosedurlar davam edir.

Məlumata görə, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldakda həyata keçirilib.

A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur:

"Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd edənlərlə mübarizəmiz qətiyyətlə davam edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM