satellite   Azerspace-1: 11135 H 30000

İzmir sahillərində batan rezin qayıqdan 37 miqrant xilas edilib

İzmir sahillərində batan rezin qayıqdan 37 miqrant xilas edilib

 

İzmirin Dikili rayonunun Bademli sahillərində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir ədəd rezin qayığın içərisindən 37 qeyri-qanuni miqrant sağ olaraq xilas edilib.

NTV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

Nazir bildirib ki, ərazidə miqrant qayığının olduğu barədə məlumat daxil olduqdan dərhal sonra axtarış-xilasetmə üçün TCSG-61 və TCSG-907 təyin edilib.

Nəticədə əlverişsiz hava şəraiti səbəbindən yarıbatmış vəziyyətdə olan qayıq tapılıb və 37 nəfər xilas olub, bir miqrantın isə cəsədi tapılıb.

Məlumata görə, miqrantların sayı ümumilikdə 45 nəfər olub və itkin düşdüyü ehtimal edilən 7 qeyri-qanuni miqrantla bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisə yerinə TCSG-502 nömrəli sahil mühafizəsi helikopteri cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM