satellite   Azerspace-1: 11135 H 30000

“Telegraph”: Britaniya Qrenlandiyaya qoşun göndərə bilər

“Telegraph”: Britaniya Qrenlandiyaya qoşun göndərə bilər

Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökuməti adaya qoşun göndərmək istəyir.

NTV xəbər verir ki, bu barədə “The Sunday Telegraph” məlumat yayıb. Bildirilib ki, Britaniya bununla bağlı Avropa ölkələri ilə müzakirə aparır.

Nəşrin məlumatına görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planları üzərində işləyir. Qeyd olunur ki, son günlərdə Britaniya rəsmiləri hərbi kontingentlərin yerləşdirilməsi üçün hazırlıqlara başlamaq məqsədilə Fransa və Almaniya da daxil olmaqla, avropalı həmkarları ilə bir sıra görüşlər keçiriblər. Nəşr qeyd edib ki, planlar hələ ilkin mərhələdədir. Londonun NATO missiyasına təkcə şəxsi heyət deyil, həm də hərbi gəmilər və təyyarələrin də töhfə verə biləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM