satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xəzər dənizi akvatoriyasında Rusiyanın "Lukoyl" korporasiyasına məxsus V. Filanovski, Yuri Korçagin və Valeri Qrayfer adına üç qazma qurğusunu vurublar.

NTV-nin məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında xəbər yayıb.

"Bu obyektlər Rusiya işğalçı ordusunun təminatında istifadə olunur. Dəqiq zərbələr qeydə alınıb. Ziyanın miqyası dəqiqləşdirilir", – məlumatda bildirilir.

Bundan əlavə, Müdafiə Qüvvələri Luqansk vilayətinin işğal olunmuş Baraniçevo qəsəbəsi yaxınlığında "Buk-M3" zenit-raket kompleksi buraxılış qurğusunu atəşlə məhv ediblər. Bu orta mənzilli HHM kompleksi aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulub. İlkin məlumatlara görə, zərbələr və partlayışlar qeydə alınıb.

Ukrayna Baş Qərargahının məlumatına əsasən, həmçinin Rusiya ordusunun maddi-texniki bölməsinə aid anbar Xerson vilayətinin işğal olunmuş Novotroitske qəsəbəsi yaxınlığında vurulub. Bu zərbə RF Silahlı Qüvvələrinin logistika və döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıyır.

"Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistemli şəkildə zəiflədir. Ukraynaya qarşı silahlı təcavüzün aparılmasına cəlb olunan obyektlər hədəfə alınır", – deyə qurum vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM