satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

“Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”.

NTV-nin məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək.

“Qrenlandiya razılaşmanı bağlamalıdır, çünki Qrenlandiya da Rusiyanın və ya Çinin onu ələ keçirməsini istəmir. Onların müdafiəsi əsasən iki it qoşulmuş xizəkdən ibarətdir”, - deyə ABŞ Prezidenti əlavə edib.

Qrenlandiya və NATO-nun belə bir addıma qarşı çıxması və bunun NATO-nu təhlükə altına qoya biləcəyi ilə bağlı suala cavabında Tramp deyib ki, əgər o, prezident olmasaydı, NATO mövcud olmazdı. NATO-nun ABŞ-a daha çox ehtiyacı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM