satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi: Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çatıb

BMT-nin Baş katibi: Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çatıb

Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çataraq fosil yanacaqlara yönələn investisiyaları iki dəfə üstələyib.

NTV xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Əbu-Dabidə keçirilən 16-cı Assambleyasında çıxışı zamanı deyib.

O, qlobal miqyasda bərpaolunan enerjinin sürətlə artan roluna diqqət çəkərək qeyd edib ki, təmiz enerji keçidi dayandırıla və geri çevrilə bilməz.

"Günəş və külək enerjisi sahəsində rekord göstəricilər qeydə alınır. Texnologiya sürətlə irəliləsə də, infrastruktur bu tempdən xeyli geri qalır”,- deyə o vurğulayıb.

Baş katib çıxışının sonunda beynəlxalq ictimaiyyəti təmiz, təhlükəsiz və 1,5 dərəcəlik dünya hədəfi ilə uzlaşan enerji sistemlərinin qurulması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM