satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada neft hasilatı son il yarım ərzində ən aşağı səviyyəyə enib

Rusiyada neft hasilatı son il yarım ərzində ən aşağı səviyyəyə enib

2025-ci ilin dekabr ayının nəticələrinə əsasən, Rusiyada neft hasilatı gündə 100 min bareldən çox azalaraq 9,326 milyon barelə enib.

NTV xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Rusiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu nəticə son 18 ayın ən aşağı göstəricisidir və Rusiyanın OPEC+ kvotaları çərçivəsində gündəlik neft hasilatından 250 min barel azdır.

Agentlik qeyd edir ki, azalma Rusiyanın neft anbarlarına və neft emalı infrastrukturuna davamlı dron hücumları və neft ixracı satışlarında yaranan problemlər fonunda baş verir. ABŞ-ın xam neft ixracatçılarına qarşı sanksiyalarından sonra bəzi alıcılar Rusiyadan neft almaqdan imtina edirlər.

Qeyd edək ki, “Goldman Sachs” investisiya bankının son proqnozuna görə, 2026-cı ilin sonunadək Brent markalı xam neftin qiyməti 54 dollara, WTI markalı xam neftin qiyməti isə 50 dollaradək ucuzlaşacaq. Analitiklər hesab edirlər ki, Rusiya, Venesuela və ya İrandakı geosiyasi risklər ucuzlaşmanın qarşısını ala bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM