satellite   Azerspace-1: 11135 H 30000

Fransada könüllü hərbi xidmətə qəbul başlayıb

Fransada könüllü hərbi xidmətə qəbul başlayıb

Fransada könüllü hərbi xidmətə qəbul başlayıb.

NTV  Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Katrin Votren mətbuat konfransında bildirib.

"Bu gün silahlı qüvvələrimizə qoşulacaq gənc könüllülərin qəbuluna başlayırıq", - o deyib.

Fransa ordusunun Baş Qərargah rəisi general Fabyen Mandon qeyd edib ki, proqram iştirakçıları yalnız ölkə ərazisində xidmət edəcəklər.

Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron 2026-cı ilin yayından etibarən ölkədə könüllü hərbi xidmətin tətbiq ediləcəyini bildirmişdi. Xidmət müddəti 10 ay olacaq və 18-19 yaş arası gəncləri əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM