satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb

NTV xəbər verir ki, diplomatik nümayəndəlik hadisənin təfərrüatı ilə bağlı heç bir məlumat verməyib. Bu arada, yerli medianın verdiyi məlumata görə, ölümə qeyri-təbii hallar səbəb ola bilər.

ANT1 telekanalının məlumatına görə, Rusiyanın Kiprdəki səfirliyinin yüksəkvəzifəli əməkdaşının cəsədi onun ofisində tapılıb. İlkin ehtimala əsasən, səfirliyin əməkdaşı intihar edib. Telekanalın məlumatında bildirilir ki, mərhum diplomat ölümündən əvvəl məktub yazıb. Səfirlik onun məzmununu açıqlamaqdan imtina edərək, məktubu Moskvaya göndərəcəyini bildirib.

“Cyprus Mail” qəzeti xəbər verir ki, cəsədin yanvarın 9-da keçirilən müayinəsi zamanı ölümün qeyri-təbii şəraitdə baş verdiyi müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM