satellite   Azerspace-1: 11135 H 30000

Çində robot yol polisləri fəaliyyətə başlayıb

Çində robot yol polisləri fəaliyyətə başlayıb

Çinin Anhuy əyalətinin Uhu şəhərində “ağıllı robot” yol polisləri xidmətə başlayıb.

NTV xəbər verir ki, robot polislər şəhərin qaynar küçələrində yol hərəkətinin idarə olunmasında iştirak edir.

Xüsusi rütbələri də olan robotlar həmkarları polislərlə birgə xidmət aparır. Robot yol polisi kiçik mobil platformaya bərkidilib ki, bu da ona təyin olunmuş yerə hərəkət etməyə, bütün istiqamətlərdən nəqliyyatın hərəkətini idarə etməyə imkan verir.

Uhu yol polisi idarəsinin zabiti Cian Cihao bildirib ki, nəqliyyatın intellektual idarəetmə sisteminə qoşulan robot polislər həmkarları ilə sıx əməkdaşlıq edərək yol hərəkətini avtonom şəkildə istiqamətləndirə bilir. O, mühərriksiz nəqliyyat vasitələrinin qayda pozuntularını da müəyyən etməyi bacarır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM