Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyində Şımkent şəhərinin hava məkanında baş vermiş ciddi aviasiya insidentinin araşdırılması üzrə komissiya formalaşdırılır.
NTV Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, müvafiq əmrin verildiyi andan etibarən araşdırmanın müddəti, adətən, əlavə tədqiqatların və işlərin aparılması tələb olunmadığı halda üç aydan çox olmur.
İnsident yanvarın 10-da səhər saatlarında, iki xarici aviaşirkətə məxsus təyyarənin bir-birinə təhlükəli dərəcədə yaxın məsafədə olduğu zaman baş verib. Hər iki hava gəmisi Qazaxıstan ərazisindən tranzit reyslər həyata keçirib.
“Pobeda” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Vnukovo – Səmərqənd marşrutu üzrə uçuş həyata keçirib, “Uzbekistan Airways” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi isə Termezdən Moskvaya istiqamətlənib.
Təhlükəli yaxınlaşma anında hava gəmiləri Şımkent aviadi̇spetçerlərinin məsuliyyət zonasında olub.
Baş vermiş hadisə Mülki Aviasiya Qaydalarına uyğun olaraq ciddi insident kimi təsnif edilib və səlahiyyətli orqanlar tərəfindən araşdırılmalıdır.
