satellite   Azerspace-1: 11135 H 30000

Fransa–Əlcəzair münasibətləri: Ünsiyyət kanalları yenidən qurulur

Fransa–Əlcəzair münasibətləri: Ünsiyyət kanalları yenidən qurulur

Fransa ilə Əlcəzair arasında son aylarda yaşanan gərginlik fonunda münasibətlərin tədricən normallaşmasına dair müəyyən siqnallar verilir. Fransanın Əlcəzairdəki səfiri Stefan Romate RFI radiosuna verdiyi müsahibədə bildirib ki, artıq Paris və Əlcəzair arasında kommunikasiya kanalları yenidən fəaliyyətə başlayıb.

NTV xəbər verir ki, fransız səfir böhranın tam başa çatdığını deməyin hələ tez olduğunu bildirib.

Səkkiz ay əvvəl Parisə geri çağırılan Stefan Romatenin fikrincə, hələ də münasibətlərin normallaşmasına manə olan ciddi əngəllər mövcuddur.

Səfirin sözlərinə görə, gərginliyi artıran mühüm amillərdən biri Əlcəzair Milli Xalq Məclisində Fransanın müstəmləkəçilik siyasətini cinayət sayan qanunun qəbul edilməsidir. Fransa hakimiyyəti bu qanun layihəsini Parisə qarşı düşmən münasibətin ifadəsi kimi qiymətləndirib.

Son bir il ərzində Fransa siyasi arenasında, xüsusilə sağ və ifrat sağ düşərgədən olan siyasətçilərin Əlcəzairə qarşı sərt bəyanatları da diqqət çəkib. Stefan Romate bu cür açıqlamaların bütöv bir xalqın damğalanmasına yol aça biləcəyini bildirərək, siyasi liderləri söz seçiminə diqqətlə yanaşmağa çağırıb.

Onun fikrincə, real irəliləyiş yalnız dialoq və bərpa edilən kommunikasiya kanalları vasitəsilə mümkündür. Bu kontekstdə Fransa üçün əsas prioritetlər təhlükəsizlik sahəsində əməkdaşlığın və miqrasiya üzrə işbirliyinin bərpasıdır.

18 aylıq böhran dövründə təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın tam dayandırıldığını deyən səfirin sözlərinə görə, son həftələrdə bu sahədə də ünsiyyət kanalları yenidən açılıb. Stefan Romate ümidvar olduğunu bildirib ki, 2026-cı il Fransa–Əlcəzair münasibətləri üçün böhrandan çıxış yolu ili olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM