satellite   Azerspace-1: 11135 H 30000

ABŞ səfiri: Sülh prosesinin məntiqi nəticəsi üçün Bakı və İrəvanla iş aparırıq

ABŞ səfiri: Sülh prosesinin məntiqi nəticəsi üçün Bakı və İrəvanla iş aparırıq

ABŞ sülh prosesinin məntiqi nəticəsinə nail olmaq üçün Ermənistan və Azərbaycanla işi davam etdirir.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn deyib.

"Ermənistan, Azərbaycan və digər regional tərəfdaşlarla işləməyə sadiq qalmağa davam edirik. Məqsəd atdığımız bütün addımların öz məntiqi nəticəsinin olması, Ermənistana və Azərbaycana ədalətli və davamlı sülh və rifah gətirməsidir", - diplomat qeyd edib.

Kuinn bu səylərin region üçün yeni dövrün başlanğıcı olacağına əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM