satellite   Azerspace-1: 11135 H 30000

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

ABŞ neft qiymətlərinə dair proqnozunu yüksəldib

ABŞ cari il üzrə neft qiymətləri ilə bağlı proqnozunu artırıb.

NTV Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 55,87 dollar olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz 55,08 dollar/barel idi.

“Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 52,21 dollar/barel gözlənilir. Ötən ay üzrə proqnoz 51,42 dollar/barel olmuşdu.

EIA gələn il üçün “Brent”in orta qiymətinin 54,02 dollar/barel, “Light”ın qiymətinin isə 50,36 dollar/barel təşkil edəcəyini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM