satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı və "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsi əməkdaşlığın növbəti addımlarını razılaşdırıblar

Dünya Bankı və "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsi əməkdaşlığın növbəti addımlarını razılaşdırıblar

Dünya Bankı və Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə "yaşıl enerji" ixracı layihəsi çərçivəsində yaradılmış "Yaşıl Enerji Dəhlizi" (GECO, Black Sea Energy) birgə müəssisəsi əməkdaşlığın möhkəmlənməsi və dəqiq fəaliyyət planının formalaşması istiqamətində bir sıra konkret addımları razılaşdırıblar.

NTV-nin məlumatına görə, tərəflər onlayn görüş çərçivəsində layihənin cari statusunu nəzərdən keçiriblər və əsas məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Dünya Bankı strateji regional enerji əlaqələrini və "Yaşıl Enerji Dəhlizi"nin inkişafını dəstəkləməyə maraq göstərir.

Xatırladaq ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd Avropaya "yaşıl enerji dəhlizi"nin yaradılması yolunda mühüm addım olub.

Xəzər-Qara dəniz-Avropa "yaşıl dəhliz" layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM