satellite   Azerspace-1: 11135 H 30000

Donald Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonla danışıb

Donald Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonla danışıb

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezlə telefonla danışıb.

NTV xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. O, danışığın çox yaxşı keçdiyini bildirib. ABŞ Prezidenti deyib ki, ölkəsi Venesuelanın sabitləşməsinə və bərpasına kömək sahəsində böyük irəliləyişlər əldə edib.

“Neft, minerallar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir çox mövzu müzakirə edildi. Amerika Birləşmiş Ştatları ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də əvvəlkindən daha möhtəşəm və çiçəklənən ölkəyə çevriləcək”, -deyə Tramp qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM