satellite   Azerspace-1: 11135 H 30000

İran hava məkanını açıb - FOTOLAR

İran hava məkanını açıb<font color=red> - FOTOLAR</font>

İran hava məkanını açıb.

NTV bu barədə "İran İnternational" portalına istinadən xəbər verir.

Qeyd olunub ki, ölkənin hava məkanı təxminən beş saat bağlı qalıb.

"Flightradar24" portalında əksini tapan məlumata görə, artıq İran üzərindən uçuşlar həyata keçirilməyə başlanılıb.

03:14

İran hava məkanını bağlayıb.

NTV xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma) yayımlayıb.

Bildirilib ki, əvvəlcədən icazə alınmış beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanı bağlanıb.

"Flightradar24" portalında əksini tapan məlumata görə, hazırda İran hava məkanında sadəcə Banqkok və Quançjoudan uçan iki təyyarə var.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı sadəcə İraqla sərhəd bölgələrində hava məkanının bağlandığına dair məlumat yaymışdı.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM