satellite   Azerspace-1: 11135 H 30000

Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var

Tailandda daha bir kran qəzası baş verib, ölənlər və yaralananlar var

Tailandda daha bir qaldırıcı kran qəzası tələfata səbəb olub.

NTV Tailand mediasına istinadla xəbər verir ki, ölkənin Samutsakhon şəhərində qaldırıcı kranın avtomobil yoluna aşması nəticəsində azı 2 nəfər ölüb, 5-i xəsarət alıb.

Səhər saatlarında baş verən hadisə zamanı kranın bəzi hissələri yolda hərəkətdə olan 2 avtomobilin üstünə düşüb.

Krandan avtomobil yolunda körpünün inşasında istifadə olunurmuş.

Qeyd edək ki, yanvarın 14-də Tailandda dəmir yolunda inşaat işlərində istifadə edilən qaldırıcı kranın qatarın üzərinə düşməsi nəticəsində 32 nəfər ölüb, 64-ü xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM