ABŞ Prezidenti Donald Trampı təhqir etdiyinə görə işdən çıxarılan “Ford” zavodunun fəhləsi Ti Cey Sabula təxminən yarım milyon dollar ianə toplayıb.
NTV xəbər verir ki, bu məlumat “GoFundMe” platformasındakı yığım səhifəsində əksini tapıb. Xeyriyyə aksiyasında vətənpərvər kimi təsvir olunan Sabulaya 22 saat ərzində 480 min dollardan çox ianə edilib. Son hədəf isə 800 min dollardır.
“TMZ” portalının bir müddət əvvəl yaydığı məlumata görə, Tramp Detroyt ştatında yerləşən “Ford” zavoduna baxış keçirərkən işçilərdən biri Amerika liderinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Prezident də öz növbəsində həmin fəhləyə orta barmağını tuşlayaraq onu təhqir edib.
"Washington Post" qəzeti Trampa həqarət edən şəxsin 40 yaşlı montajçı Ti Cey Sabula olduğunu və insidentlə bağlı istintaq aparılan zaman işdən çıxarıldığını bildirib.
