Ermənistan əldə olunan razılaşmalar çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi üçün siyasi iradəsini təsdiqləyir.
NTV-nin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı bildirib.
"Siyasi iradəmizi vurğulamaq və təsdiqləmək istəyirəm: razılaşdırılmış şərtlər istiqamətdə irəliləyəməyə hazırıq. Bura dəfələrlə danışdığımız prinsiplərə uyğun olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqəsinin təmin edilməsi məsələsi də daxildir. Biz (Ermənistanda - red.) münaqişə məntiqindən kənara çıxmalı, normal, sülh mühitinə və düşüncə tərzinə keçməliyik", - N.Paşinyan deyib.
