satellite   Azerspace-1: 11135 H 30000

Almaniya iqtisadiyyatında iki ildən sonra artım qeydə alınıb

Almaniya iqtisadiyyatında iki ildən sonra artım qeydə alınıb

Almaniya iqtisadiyyatı ardıcıl iki illik geriləmədən sonra 2025-ci ildə yenidən inkişaf edib.

NTV xəbər verir ki, Federal Statistika İdarəsinin hesabatına əsasən, ötən il ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 0,2 faiz artıb. 2025-ci ildə ÜDM ölkə üzrə 4 trilyon 470,5 milyard – adambaşına isə 53 min 519 avro olub.

Qeyd edək ki, 2024-cü ildə iqtisadi geriləmə 0,5 faiz, 2023-cü ildə isə 0,9 faiz təşkil edib. Avropanın ən böyük iqtisadiyyatının cari ildə təxminən 1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Bu artımın əsas səbəbləri kimi iş günlərinin sayının çoxalması, eləcə də dövlətin silahlanma və infrastruktur sahələrinə investisiyalarının artması göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM