Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin 46 faizdən çoxu blokun ABŞ və Çin kimi qlobal güclərlə bərabər səviyyədə rəqabət apara biləcəyinə inanmır.
NTV xəbər verir ki, bu barədə məlumat Avropa Xarici Əlaqələr Şurasının sifarişi ilə keçirilən sorğunun nəticələrində öz əksini tapıb.
2024-cü ilin noyabr ayında avropalıların bu məsələdə ilə bağlı fikirləri demək olar ki, bərabər idi: respondentlərin 42,6 faizi Aİ-nin “güclü birlik” olduğunu düşündüyü halda, 42,2 faizi bu fikirlə razılaşmırdı. 2025-ci ilin noyabr ayında isə vəziyyət dəyişməyə başladı: hazırda avropalıların 46,3 faizi Brüsseli qlobal oyunçu hesab etmir, 39,2 faizi isə bunun əksini düşünür.
Eyni zamanda, son bir ildə Avropa İttifaqı sakinlərinin ABŞ-ı müttəfiq kimi görmək meyilləri azalıb. Bu mövqedə olan respondentlərin sayı 21 faizdən 16 faizə enib. Bundan əlavə, respondentlərin səkkiz faizi ABŞ-ı düşmən kimi səciyyələndirib.
Qeyd edək ki, sorğu noyabr ayında Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Polşa, Portuqaliya və İspaniya vətəndaşları arasında keçirilib.
