satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ İrana “Tomahawk” raketləri ilə zərbə endirə bilər

Media: ABŞ İrana “Tomahawk” raketləri ilə zərbə endirə bilər

ABŞ İrana zərbə endirmək üçün Yaxın Şərqdəki esmineslərdə yerləşdirdiyi “Tomahawk” qanadlı raketlərindən istifadə edə bilər.

NTV  xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Pentaqon, həmçinin İranı bölgədəki qırıcı təyyarələr, eləcə də ABŞ-dakı bombardmançı təyyarələr vasitəsilə də bombalamağa qadirdir.

Ekspertlər hesab edirlər ki, ABŞ əsas qüvvələrinin Karib dənizində cəmlənməsinə və regionda aviadaşıyıcı zərbə qrupunun olmamasına baxmayaraq, İrana zərbə endirmək üçün kifayət qədər qüvvəyə malikdir.

Nəşr qeyd edir ki, Birləşmiş Ştatların artıq Cənubi Çin dənizindən Yaxın Şərqə göndərdiyi təyyarədaşıyan gəmi qrupu bir həftə ərzində regiona çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM