satellite   Azerspace-1: 11135 H 30000

Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi Fransa şirkətinə tapşırılıb

Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi Fransa şirkətinə tapşırılıb

Gürcüstan Fransa şirkəti ilə Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi barədə müqavilə imzalayıb.

NTV-nin  məlumatına görə, müqavilə Fransanın "Groupe ADP" şirkəti ilə bağlanıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze aeroportun genişləndirilməsi layihəsinin təqdimatı zamanı bildirib ki, hava limanının inkişafına 150 milyon ABŞ dolları məbləğində investisiya yatırılacaq:

"Bu investisiya sərnişin axınının əhəmiyyətli dərəcədə artırılmasına, xidmətlərin davamlı təkmilləşdirilməsinə, sərnişinlər üçün rahat və təhlükəsiz mühitin yaradılmasına, eləcə də əməliyyat proseslərinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan verəcək".

Baş nazir vurğulayıb ki, genişləndirmə layihəsi aeroportun ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, sərnişin xidmətlərinin keyfiyyətini də beynəlxalq standartlara uyğun səviyyəyə çatdıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM