satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan məcburi hərbi xidmətin bərpasını planlaşdırmır

Macarıstan məcburi hərbi xidmətin bərpasını planlaşdırmır

Avropa İttifaqının (Aİ) bir sıra ölkələrində məcburi hərbi xidmətin yenidən tətbiqi müzakirə olunduğu bir vaxtda Macarıstan bu məsələdə daha ehtiyatlı mövqe sərgiləyir.

NTV xəbər verir ki, rəsmi Budapeştin mövcud yanaşmasına görə, ölkədə məcburi hərbi xidmətin bərpası planlaşdırılmır, lakin silahlı qüvvələrin ehtiyat potensialının gücləndirilməsi zərurəti getdikcə daha çox gündəmə gəlir.

Ukraynadakı müharibə və regionda artan təhlükəsizlik riskləri fonunda Avropada hərbi hazırlıq mövzusu aktuallaşıb. Hazırda Aİ-nin bir sıra ölkələrində məcburi xidmət qüvvədədir, digərləri isə müxtəlif modellər üzərində işləyir. Macarıstanda isə əsas diqqət könüllülük prinsipi və peşəkar ordu modelinə yönəlib.

Macarıstan rəsmiləri bildirirlər ki, könüllü ehtiyat sistemi mövcud çağırışları tam qarşılamaq üçün kifayət etmir. Xüsusilə yaş həddi səbəbindən ehtiyatda olan şəxslərin sayının azalması uzunmüddətli risk kimi qiymətləndirilir. Bu baxımdan, mümkün böhran vəziyyətlərində dövlətin hansı insan resurslarına arxalana biləcəyini bilməsi vacib sayılır.

Müzakirə olunan alternativlərdən biri vətəndaşların müdafiə sahəsində potensialını müəyyənləşdirməyə imkan verən inzibati qeydiyyat mexanizmləridir. Rəsmi dairələr vurğulayır ki, bu cür addımlar məcburi çağırış demək deyil, daha çox planlama və hazırlıq məqsədi daşıyır.

Macarıstanın əsas hədəfi müharibənin qarşısını almaqdır. Bununla yanaşı, hökumət təhlükəsizlik mühiti pisləşəcəyi halda, gecikmiş addımlar atmamaq üçün qabaqlayıcı mexanizmlərin vacibliyini də istisna etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM