satellite   Azerspace-1: 11135 H 30000

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubunda yerləşən Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”a məxsus hərbi hədəflərə zərbələr endirib.

NTV xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarələr həmçinin Bekaa vadisinin qərbində yerləşən Məşqara şəhərinə iki hava hücumu həyata keçirib.

Mülki şəxslər arasında itkilər barədə məlumat verilməyib.

Bundan əvvəl yerli sakinlər İsrail tərəfindən xəbərdarlıq alıblar. X sosial şəbəkəsində ərəb dilində yayımlanan videomüraciətdə sakinlərə təhlükəli zonada yerləşən evlərini tərk etmək tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM