satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də 5,6 maqnitudalı zəlzələ olub

ABŞ-də 5,6 maqnitudalı zəlzələ olub

Yanvarın 16-da Sakit okeanın akvatoriyasında, Oregona ştatının sahillərində, Korvallis şəhərindən 340 km qərbdə 5,6 maqnitudalı zəlzələ olub.

NTV xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialına istinadən məlumat yayıb.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 07:26-da qeydə alınan zəlzələnin episentri sahildən təxminən 270 km məsafədə yerləşib.

Episentrdəki silkələnmə intensivliyinə görə zəlzələ "çox güclü" kimi qiymətləndirilib.

ABŞ-nin Geoloji Xidmətinin məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM