satellite   Azerspace-1: 11135 H 30000

“Porsche” avtomobillərinin satışı son 16 ilin minimumuna enib

“Porsche” avtomobillərinin satışı son 16 ilin minimumuna enib

“Volkswagen” konserninin lüks brendi olan “Porsche”nin avtomobil satışları ötən il 10 faiz azalıb. Bu, 2009-cu ildən bəri ən böyük azalmadır.

NTV xarici mediaya istinadla xəbər verir ki, şirkət keçə il 279 min 449 avtomobil satıb. Satışların geriləməsi elektrik mühərrikli nəqliyyat vasitələrinə tələbatın azalması, eləcə də Çində tələbin zəif olması fonunda baş verib.

Bundan başqa, 718 idman avtomobilinin və “Macan” SUV-nin daxili yanma mühərrikli versiyalarında təchizat çatışmazlığının da satışların azalmasına təsir göstərdiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM