satellite   Azerspace-1: 11135 H 30000

Aİ-də Çin istehsalı olan hibrid avtomobillərə rüsumların genişləndirilməsi müzakirə olunur

Aİ-də Çin istehsalı olan hibrid avtomobillərə rüsumların genişləndirilməsi müzakirə olunur

Avropa İttifaqı qurumları Çin istehsalı olan hibrid avtomobillərə qarşı əlavə rüsumların tətbiqini müzakirə edir.

NTV xəbər verir ki, hazırda yalnız elektrik avtomobillərinə tətbiq olunan tariflərin daxiliyanma mühərriki və elektrik motoru olan nəqliyyat vasitələrinə də şamil edilməsi nəzərdən keçirilir.

Bu addımın məqsədi qeyri-bərabər rəqabət şəraiti və dövlət subsidiyaları ilə bağlı narahatlıqları aradan qaldırmaqdır. Elektrik avtomobillərinə tətbiq edilən rüsumlar ötən ildən qüvvədədir və üzv ölkələr arasında fikir ayrılığı yaradıb. Bəzi ölkələr bu tədbirləri dəstəkləsə də, digərləri Çin bazarından asılılıq səbəbindən ehtiyatlı mövqe tutur.

Son bir ildə Çin hibrid avtomobillərinin Aİ-yə ixracı kəskin artıb. Bu fonda tərəflər arasında ticarət münasibətlərində müəyyən yumşalma əlamətləri müşahidə olunsa da, rüsumların ləğvi ilə bağlı hələlik yekun qərar yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM