satellite   Azerspace-1: 11135 H 30000

Tramp Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib

Tramp Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib.

NTV-nin məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

O bildirib ki, bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidənqurma işlərinə cavabdeh olacaq Sülh Şurası və onun orqanları təsis edilir:

“ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının qurucu sədri qismində məktub göndərərək Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında qurucu üzv kimi yer almağa dəvət edib".

Qeyd edək ki, Ağ Ev Qəzzada keçid prosesini idarə edəcək Sülh Şurasının üzvlərini açıqlayıb. Qəzzada Fələstin Administrasiyasına dəstək verəcək İcraiyyə Şurasında Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM