satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi iştirak etməyə dəvət edib.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran açıqlayıb.

O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan “Qəzza Münaqişəsinə Son Qoymaq üçün Hərtərəfli Plan”ı (Comprehensive Plan to End the Gaza Conflict) dəstəkləmək qərarına gəlindiyini xatırladıb.

Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsindən və yenidənqurmadan məsul olacaq Sülh Şurası və onun qurumlarının yaradıldığını bildirən Duran deyib: “ABŞ Prezidenti Donald Tramp yanvarın 16-da Sülh Şurasının təsisçi sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında təsisçi üzv kimi yer almağa dəvət edib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM