satellite   Azerspace-1: 11135 H 30000

Honkonq qlobal qızıl ticarət mərkəzinə çevrilmək niyyətindədir

Honkonq qlobal qızıl ticarət mərkəzinə çevrilmək niyyətindədir

Honkonq yaxın vaxtlarda Çinin ən böyük qiymətli metallar birjası olan Şanxayın Qızıl Birjası ilə sərhədsiz qızıl klirinq sistemi yaratmaq üçün müqavilə imzalayacaq.

NTV xəbər verir ki, bu barədə ÇXR-in xüsusi inzibati rayonunun maliyyə məsələləri üzrə katibi (nazir) Pol Çan (Çen Maobo) bildirib.

Onun sözlərinə görə, Honkonq bununla qlobal qızıl ticarət mərkəzinə çevrilmək niyyətində deyil.

"Asiya maliyyə forumunda (26-27 yanvarda Honkonqda keçiriləcək - red.) Şanxay Qızıl Birjası ilə anlaşma memorandumu imzalayacağıq və mərkəzləşdirilmiş qızıl klirinq sistemini gücləndirmək, gələcəkdə Çinin materik bazarı ilə inteqrasiyaya hazırlıq üçün son planlarımızı açıqlayacağıq", - Pol Çan öz bloqunda yazıb.

"Qızıl ticarətinin etibarlılığını və səmərəliliyini, eləcə də onun Honkonqa fiziki çatdırılmasını artırmaq, əməliyyat xərclərini azaltmaq, likvidliyi artırmaq üçün mərkəzləşdirilmiş qızıl klirinq sisteminin vacib maliyyə infrastrukturu kimi inkişafını sürətləndiririk", - rəsmi şəxs əlavə edib.

O, Honkonqda qızıl ticarət bazarının aktivliyinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Ötən ilin noyabr ayı etibarilə Honkonq Qızıl Birjasında 999 əyarlı qızılın orta gündəlik dövriyyəsi əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq, 2,9 milyard dollara (təxminən 370 milyon ABŞ dolları) çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM