satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə əməliyyat zamanı 290 kq-a yaxın narkotik aşkarlanıb

Türkiyədə əməliyyat zamanı 290 kq-a yaxın narkotik aşkarlanıb

Türkiyədə "Beynəlxalq Narkotik Qaçaqmalçılığı ilə Mübarizə" çərçivəsində əməliyyat həyata keçirilib və 220,7 kq kokain, 69 kq skunk narkotik maddəsi aşkarlanıb.

NTV  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumat yayıb.

Qadağan olunmuş maddələr Ədirnə Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən Hamzabeyli gömrük ərazisində bir yük maşınında aparılan axtarış zamanı aşkar edilib.

Şübhəli şəxslər barəsində hüquqi prosedur başladılıb.

"Xalqımızın bilməsini istəyirəm ki, biz narkotiklərə qarşı müharibə elan etdik! Narkotik insanlığa qarşı cinayətdir. Bu müharibəni təkcə ölkəmiz üçün deyil, bəşəriyyət naminə davam etdiririk" , - Yerlikaya bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM