satellite   Azerspace-1: 11135 H 30000

Çində zavodda baş verən partlayışda iki nəfər ölüb, 66 işçi yaralanıb

Çində zavodda baş verən partlayışda iki nəfər ölüb, 66 işçi yaralanıb

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki metallurgiya zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.

NTV "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, bazar günü günortadan sonra Baotou şəhərinin qərbindəki "Baogang United Steel" şirkətinin fabrikində güclü partlayış baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, yaralanan 66 işçi xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Həm muxtar bölgədən, həm də şəhərdən xilasetmə qrupları hadisə yerinə göndərilib. Partlayışın səbəbi araşdırılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM