satellite   Azerspace-1: 11135 H 30000

Kir Starmer ABŞ-ın tarif hədələrini kəskin tənqid edib

Kir Starmer ABŞ-ın tarif hədələrini kəskin tənqid edib

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-ın müttəfiqlərinə qarşı tarif tətbiqi ilə bağlı hədələrini tamamilə yanlış adlandırıb və vəziyyətə sakit yanaşmağa çağırıb.

NTV-nin  məlumatına görə, Dauninq Stritdə keçirilən mətbuat konfransında çıxış edən Baş nazir bildirib ki, bu qədər ciddi məsələ müttəfiqlər arasında sakit və konstruktiv müzakirələr yolu ilə həll olunmalıdır.

Kir Starmer bu fikri ABŞ Prezidenti Donald Trampın şənbə günü Böyük Britaniya və digər Avropa müttəfiqlərinə qarşı tarifləri artırmaqla hədələməsindən sonra səsləndirib. Tramp ABŞ-ın Qrenlandiyanı alması ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə, fevralın 1-dən etibarən 10 faiz, iyunun 1-dən isə 25 faiz tariflərin tətbiq ediləcəyini bəyan edib.

Baş nazir bildirib ki, ticarət müharibələri heç kimin maraqlarına uyğun deyil və bu səbəbdən Böyük Britaniyanın cavab tarifləri tətbiq edəcəyini istisna edib. Bu açıqlama həftəsonu Avropa İttifaqının ABŞ-a qarşı 93 milyard avro dəyərində cavab tarifləri hazırladığına dair yayılan məlumatlardan sonra verilib.

Bununla yanaşı, Kir Starmer ABŞ-la əməkdaşlığı davam etdirərkən prinsiplərdən imtina etməyəcəyini vurğulayıb. O, Qrenlandiyanın gələcək statusu ilə bağlı mövqeyini bir daha açıqlayaraq bildirib ki, istənilən qərar yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına məxsusdur, bu hüquq əsas və toxunulmazdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM