Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
NTV "Al-Arabiya"ya istinadən xəbər verir ki, məlumat "Taliban" hökumətinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
Partlayış Şahr-e-Nau rayonunda baş verib, ölənlərin və yaralananların dəqiq sayı, eləcə də partlayışla bağlı digər təfərrüatlar açıqlanmayıb.
"İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb", - DİN-in mətbuat katibi Əbdül Matin Kani bildirib və əlavə edib ki, təfərrüatlar sonra təqdim ediləcək.
Şahr-e-Nau rayonunda çox sayda xarici vətəndaş yaşayır, bu rayon Kabildə ən təhlükəsiz rayonlardan biri hesab olunur.
