satellite   Azerspace-1: 11135 H 30000

Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib - FOTOLAR

Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib<font color=red> - FOTOLAR</font> Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib<font color=red> - FOTOLAR</font> Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib<font color=red> - FOTOLAR</font> Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib<font color=red> - FOTOLAR</font> Ərəb mediasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib<font color=red> - FOTOLAR</font>

Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”, “elalmelarby”, “alharir”, “alekhbarya” və digər elektron xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.

NTV xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verib. Bildirib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Diaspor rəhbəri misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilmiş bu qırğın barədə geniş yazıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, müəllif kitabda 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu diqqətə çatdırıb, Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını yazıb.

Eyni zamanda, S.Nəsirov 20 Yanvar hadisələri ilə 1919-cu illərdə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə arasında paralellər apararaq onların səbəblərinin oxşar olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM