Çərşənbə axşamı, yanvarın 20-də Avstraliyanın şərq sahili boyunca, o cümlədən Sidneydə dörd köpəkbalığının iki gün ərzində hücumlarından sonra onlarla çimərlik bağlanıb.
NTV xəbər verir ki, Sidneydən təxminən 400 kilometr şimalda yerləşən Port Makkuori ətrafındakı çimərliklər sörf edərkən bir kişinin köpəkbalığı hücumuna məruz qalmasından sonra bağlanıb. Səhiyyə orqanlarının məlumatına görə, o, xəstəxanada müalicə olunur, sağlamlıq vəziyyəti sabitdir.
“Surf Life Saving New South Wales” (NSW) təşkilatının icraçı direktoru Stiven Pirsin sözlərinə görə, əhaliyə bir müddət çimərliklərdən çəkinmək tövsiyə olunur. “Suyun keyfiyyəti o qədər aşağıdır ki, bu, köpəkbalığının fəaliyyəti üçün çox əlverişlidir”, -deyə Pirs bildirib.
Çimərliklərin bağlanması Cənub yarımkürəsində yay mövsümünün ən qızğın vaxtına təsadüf edir, çünki Avstraliyadakı çimərliklər, adətən, yerli sakinlər və turistlərlə dolu olur.
