satellite   Azerspace-1: 11135 H 30000

Avroparlament Ukraynaya 90 milyard avro ayırılmasının sürətləndirilmiş prosedurunu dəstəkləyib

Avroparlament Ukraynaya 90 milyard avro ayırılmasının sürətləndirilmiş prosedurunu dəstəkləyib

Avropa Parlamenti (AP) çərşənbə axşamı Avropa Komissiyasının Ukraynaya dəstək üçün Aİ maliyyə paketi üzrə qanunvericilik prosedurlarının sürətləndirilmiş müzakirəsinə dair sorğusunu dəstəkləyib.

NTV-nin məlumatına görə, parlamentarilərin əksəriyyəti plenar iclasda Ukraynaya kapital bazarlarında Aİ-nin ümumi borc vəsaitləri hesabına maliyyələşdiriləcək və büdcə ehtiyatı ilə zəmanət veriləcək 90 milyard avro məbləğində Aİ krediti (2026-2027-ci illərdə - red.) nəzərdə tutan bu təklifin lehinə səs verib.

Bu yeni alət Ukraynanın müdafiə sənayesinə dəstək və onun Avropaya inteqrasiyası da daxil olmaqla hərbi yardım, eləcə də Kiyevə ümumi büdcə dəstəyi təmin edəcək.

Bununla paralel olaraq, Avropa Parlamentinin deputatları həmçinin "Ukrayna üçün Mexanizm"ə (Ukraine Facility) düzəlişlərin edilməsi və 24 dövlətin (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) Ukraynaya kredit verə bilməsi üçün Aİ Şurasının gücləndirilmiş əməkdaşlıq haqqında qərarı ilə bağlı müşayiətedici təklif üzərində işi sürətləndirmək qərarına gəliblər.

Bu məsələ üzrə səsvermə sabah, 21 yanvarda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM