satellite   Azerspace-1: 11135 H 30000

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür - FOTOLAR

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür<font color=red> - FOTOLAR</font> Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür<font color=red> - FOTOLAR</font>

1990-cı il yanvarın 20-də Bakıda baş verən “Qara Yanvar” hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizənin rəmzlərindən biridir.

NTV xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə paylaşımında yer alıb.

Sovet ordusunun dinc əhaliyə qarşı hücumunun Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu vurğulayan departament rəhbəri bildirib: “Azərbaycan xalqı həmin qaranlıq gecədə zülmə boyun əyməyəcəyini və istiqlal iradəsindən əsla vaz keçməyəcəyini bütün dünyaya göstərdi. Bu gün Qara Yanvarın 36-cı ildönümündə Türkiyə olaraq “Bir millət, iki dövlət” anlayışı ilə qardaş Azərbaycanın həm acısını, həm də qürurunu ürəkdən paylaşırıq. Qara Yanvarda şəhid olan qardaşlarımızı rəhmətlə, qazilərimizi minnətdarlıqla anırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM