satellite   Azerspace-1: 11135 H 30000

Trampın olduğu təyyarə elektrik probleminə görə geri dönmək məcburiyyətində qalıb

Trampın olduğu təyyarə elektrik probleminə görə geri dönmək məcburiyyətində qalıb

ABŞ Prezidenti Donald Trampın içərisində olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Air Force One” təyyarəsi elektrik problemi səbəbindən Atlantik okeanı üzərindən U dönüşü etmək məcburiyyətində qalaraq paytaxt Vaşinqtona geri dönüb.

NTV-nin xəbərinə görə, bu barədə açıqlama verən Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib ki, təyyarə Endryu Birgə Bazasına təhlükəsiz eniş edib.

Prezident və onunla birlikdə səyahət edənlər başqa bir təyyarəyə minərək İsveçrənin Davos şəhərinə doğru səfərlərini davam etdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM