satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkə zərərsizləşdirilib

İndoneziyada miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkə zərərsizləşdirilib

İndoneziyanın Qərbi Cakarta İmmiqrasiya İdarəsi gizli yollarla Avstraliyaya xarici vətəndaşların qanunsuz getməsini asanlaşdıran beynəlxalq insan qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirib.

NTV İndoneziyanın “Antara” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı üç şübhəli həbs edilib. Onların ikisi Çin vətəndaşı, biri isə Tailand vətəndaşı olub.

İmmiqrasiya əməkdaşları əraziyə basqın edərək cinayətkarların istifadə etdiyi pasportları, saxta şəxsiyyət vəsiqələrini və mobil telefonları müsadirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM