Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosa səfəri, keçirdiyi görüşlər, “Euronews” televiziyasına müsahibəsi Gürcüstan mətbuatında yaxından izlənilir.
NTV xəbər verir ki, Gürcüstanın 1tv.ge televiziyasında, eləcə də bir sıra informasiya portallarında mövzu ilə bağlı silsilə xəbərlər yayımlanıb.
Əsasən AZƏRTAC-a istinadla yayılan materiallarda Davosda keçirilən forum çərçivəsində Prezident İlham Əliyevin dünyanın aparıcı şirkətləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirə olunan məsələlər barədə məlumatlar verilir.
Bu görüşlərin Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi və ölkənin qlobal investisiya mühitində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığl qeyd olunur.
Eyni zamanda dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi zamanı regional əməkdaşlıq, regionda və dünyada baş verən proseslərlə bağlı fikirləri də geniş işıqlandırılıb.
