satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

 

Türkiyənin Balıkəsir vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

NTV Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 18:11-də qeydə alınan zəlzələnin ocağı yerin 11,58 kilometr dərinliyindədir.

Yeraltı təkanlar Balıkəsirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss edilib.

Xatırladaq ki, ötən il oktyabrın 27-də də yerli vaxtla saat 22:48-də Balıkəsir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul daxil olmaqla bir çox bölgələrdə hiss edilib.

Qeyd edək ki, bu, son aylar ərzində eyni bölgədə yüksək maqnitudada qeydə alınan ikinci zəlzələdir. Belə ki, avqustun 10-da Balıkəsirin Sındırqı rayonunda yerli vaxtla saat 19:53-də 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində iki nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM