satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada təyyarə qəzası yerindən daha altı cəsəd tapılıb

İndoneziyada təyyarə qəzası yerindən daha altı cəsəd tapılıb

İndoneziya xilasediciləri Bulusaraunq dağının yamacında ATR 42-500 təyyarəsinin qəza yerində daha altı cəsəd tapıblar.

NTV  İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, xilasetmə qrupu həmçinin təyyarənin qara qutusunu da aşkar edib. Cihazlar təhlükəsizləşdirilib və əlavə araşdırma üçün Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə təhvil veriləcək.

Xatırladaq ki, yanvarın 17-də Yava adasındakı Yoqyakartadan Cənubi Sulavesin əyalətinin paytaxtı Makassara uçan “Indonesia Air Transport” şirkətinə məxsus kiçik təyyarə radarlardan itib.Təyyarədə 10 nəfərin olduğunu bildirilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM