satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır

Suriyanın şimal şərqində saxlanılan İŞİD terror təşkilatından olan məhbusların İraqa aparılması prosesi başlanıb.

NTV SANA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığı elan edib.

Qeyd olunub ki, Suriyanın Həsəkə rayonunda saxlanılan 150 məhbus İraqda təhlükəsiz yerə köçürülüb. Bu çərçivədə ümumilikdə 7 minə yaxın İŞİD-dən olan məhbusun İraqa aparılması planlaşdırılır.

Suriyanın Daxili İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatından olan bir neçə məhbusu və onların ailələrini Həsəkə rayonunun şərqindəki Əl-Haul düşərgəsindəki həbsxanadan azad edib. Suriya bu addımı Suriyanın terrora qarşı mübarizədə fəaliyyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM