satellite   Azerspace-1: 11135 H 30000

Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlanıb

Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlanıb

Bu gün səhər Moldovanın Ştefan-Vodı rayonunun Krokmaz kəndində tapılan Rusiya istehsalı pilotsuz uçuş aparatında (PUA) partlayıcı maddə olduğu müəyyən edilib.

NTV xəbər verir ki, bu barədə Moldova polisi “Telegram” kanalında məlumat yayıb.

Bildirilir ki, birbaşa təhlükə yarandığı üçün polisin texniki-partlayış bölməsinin mütəxəssisləri hadisə yerində nəzarətli partlayış həyata keçirəcəklər.

Hazırda təhlükə səviyyəsi qiymətləndirilir, uçuş aparatının döyüş hissəsinin zərərsizləşdirilməsi və insidentin bütün hallarının araşdırılması üçün zəruri tədbirlər görülür.

Qeyd edək ki, Moldovanın Xarici İşlər Nazirliyi insidentə münasibət bildirərək bunu “Moldovanın suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM