satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada 39-cu Afrika Birliyi Sammiti işə başlayıb

Efiopiyada 39-cu Afrika Birliyi Sammiti işə başlayıb

Bu gün Efiopiyanın Əddis-Əbəbə şəhərində 39-cu Afrika Birliyi sammiti işinə başlayıb. İki gün davam edəcək tədbirdə Afrika Birliyinə üzv dövlət və hökumət başçıları, BMT-nin Baş katibi Antonio Quttereş, eləcə də digər ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edirlər.

NTV yerli mediaya istinadla xəbər verir ki, "2063-cü il Gündəliyinin məqsədlərinə çatmaq üçün davamlı su və sanitariya sistemlərinin təmin edilməsi" mövzusunda keçirilən sammitdə bir sıra mövzular, xüsusən də iqlim dəyişikliyi böhranı və onun inkişafa təsiri, eləcə də təhlükəsizlik məsələləri, xüsusən də Sahel və Afrika Buynuzu regionlarında baş verən son hadisələr müzakirə olunur.

Bundan başqa, müzakirə olunan məsələlər arasında Birliyə daxil olan institutların maliyyələşdirilməsi, üzv dövlətlərdən töhfələrin artırılması və Afrika Birliyinin maliyyə müstəqilliyinin artırılması mövzuları yer alıb. Zirvə Görüşündə, həmçinin səmərəliliyin artırılması, bürokratiyanın azaldılması və böhranlara cavab verən tədbirlərin sürətləndirilməsi üçün Afrika Birliyinin əməliyyat mexanizmlərinin islahatı məsələsi yenidən müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM