satellite   Azerspace-1: 11135 H 30000

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə minaların və müharibənin partlayıcı qalıqlarının geniş yayılması geri qayıdış prosesinə mane olmaqda davam edir.

NTV xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində çıxışı zamanı bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının hesabatının müzakirəsinə həsr olunmuş iclasda Şəhriyar Hacıyev qeyd edib ki, Azərbaycan münaqişə nəticəsində qaçqın və məcburi köçkün problemini bilavasitə yaşamış ölkədir və ölkə uzun illər əhalinin sayına nisbətdə dünyada ən böyük qaçqın və məcburi köçkün icmalarından birinə ev sahibliyi edib.

Onun sözlərinə görə, münaqişədən sonrakı bərpa tədbirləri artıq 96 min nəfərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına və orada məskunlaşmasına imkan yaradıb.

Çıxışda Azərbaycanın Qaçqınlar üzrə Qlobal Sazişin və digər beynəlxalq mexanizmlərin icrasına sadiq qaldığını vurğulanıb.

“Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verməyə və ölkə ərazisində yaşayan bütün şəxslərin hüquqlarının təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır”,- deyə çıxışda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM