satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altında davam edən axtarış-xilasetmə işləri başa çatıb.

NTV xəbər verir ki, hadisə nəticəsində sakinlərdən beşi ölüb, on nəfər isə yaralı vəziyyətdə xilas edilib.

Xatırladaq ki, hadisə oktyabrın 8-i yerli vaxtla saat 05:40 radələrində baş verib.

Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12 mənzildən isə yaşayış məqsədilə istifadə olunub. Binada ümumilikdə 33 nəfər yaşayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM